!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rubl çökür: Rusiya Mərkəzi Bankı müdaxiləyə hazırlaşır

!Reklam – Yazi

Rusiya Ukrayna ərazisi olan Donbas və Luqanska hərbi müdaxilə qərarını qəbul etdikdən sonra rus rublu sürətlə ucuzlaşmağa başlayıb.

Yenicag.az xəbər verir ki, rublun çöküşünün qarşısını almaq üçün Rusiya Mərkəzi Bankı artıq fəaliyyətə başlayıb.

Bankın açıqlamasına görə, bu gün valyuta bazarına müdaxilə ediləcək.

“Maliyyə bazarında vəziyyəti sabitləşdirmək üçün Rusiya Bankı valyuta bazarına müdaxilələrə başlamaq, Lombard siyahısını genişləndirmək və bank sektoruna əlavə likvidlik təmin etmək üçün əməliyyatlar aparmaq qərarına gəlib”, – deyə Mərkəzi Bankın açıqlamasında qeyd edilib.

www.yenicag.az

1317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv