!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rubl KƏSKİN UCUZLAŞDI: “Bu hadisə Rusiyada yaşayan azərbaycanlıların...” - ŞƏRH

!Reklam – Yazi

“Bu amil Lənkəran və Gəncə-Qazax iqtisadi rayonlarının əhalisinin maddi gücünün azalması anlamına gəlir”.

Bu sözləri dollar və avro qarşısında Rusiya rublunun kəskin dəyər itirməsi fonunda yaranmış vəziyyətin Azərbaycana ola biləcək təsirlərini dəyərləndirən iqtisadi ekspert Rəşad Həsənov Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, ölkəmizdən Rusiya bazarlarına əsasən kənd təsərrüfatı malları ixrac edilir. Rublun dəyərdən düşməsi idxal-ixrac aspekti baxımından şərtləri dəyişir:

“Bir şeyi əvvəlcədən qeyd etmək lazımdır ki, vətəndaşlar bir sıra hallarda bu məqamla maraqlanırlar. Rublun məzənnəsinin dəyişməsi manatın məzənnəsinə birbaşa təsiri olmayacaq. Azərbaycan manatının məzənnəsiylə rublun məzənnəsi arasında müəyyən iqtisadi bağlar olmasına baxmayaraq, hələ də manatın məzənnəsini qoruyan əsas faktor neft qiymətləridir. Eyni zamanda, məzənnəni formalaşdıran iqtisadi mühit ticarət saldosu, rezervlərin miqdarı və bir sıra faktorlar məzənnə siyasətini dəstəkləyir. Bu baxımdan manatın məzənnəsinin dollara münasibətdə dəyişimiylə bağlı hər hansısa fərq olmayacaq. Həmçinin də manat rubla münasibətdə daha da möhkəmlənir.

Digər yandan da sözügedən hadisə Rusiyada yaşayan azərbaycanlıların yoxsullaşmasına səbəb olur. Rusiyada yaşayan azərbaycanlıların sayı kifayət qədərdir. Bunların da böyük əksəriyyəti miqrant hesab olunur. Rublun qiymətində gedən dəyişiklik fonunda onların gəlirləri də azalmağa başlayır. Buna görə də bu ölkədə çalışan şəxslərin Azərbaycana pul göndərmək imkanları da azalmış olur. Dolayısıyla bu amil Lənkəran və Gəncə-Qazax iqtisadi rayonlarının əhalisinin maddi gücünün azalması anlamına gəlir. Çünki əsasən qeyd edilən bölgələr Rusiyadan göndərilən pul baratlarından asılı vəziyyətdədir.
Xüsusilə, Rusiya Azərbaycanın qeyri-neft və kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarı rolunu oynayır. Buna görə də sözügedən dəyərsizləşmə amili ölkədə idxal-ixrac aspektləri baxımından şərtləri dəyişir. Beləliklə, Azərbaycandan həmin bazarlara ixrac edilən məhsulların bu şərtlər daxilində satış imkanları məhdudlaşır və yaxud daha baha qiymətə satılma zərurəti yaranır. Nəticədə ya məhsulların satışı istənilən effekti vermir, ya da satıcılar zərər etmiş olur. Bunun fonunda da Azərbaycandan Rusiyaya ixracın cəlbediciliyi aşağı düşür. Eyni zamanda Rusiyadan Azərbaycana idxalın cəlbediciliyi artmış olur. Bu prosesin sonunda Rusiyadan ölkəmizə idxal olunan məhsulların qiyməti ucuzlaşmalıdır. Bir yandan əhali həmin prosesin mənfəətlərini görə bilər.

Bütövlükdə Rusiya iqtisadiyyatı resessiya dövründədir. İstənilən halda Azərbaycanın əsas iqtisadi tərəfdaşında baş verən bu proseslər ölkəmizin iqtisadiyyatına bu və ya digər şəkildə mənfi təsirlər yansıda bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv