!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rubl özünü lirə kimi aparır: Rusiyada dolların bahalaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA

!Reklam – Yazi

“Rusiyada dolların rubla nisbətdə artması qısa müddətli bir haldır”.

Bunu Rusiyada dollar və avronun məzənnəsinin qalxmasının Azərbaycana təsirini şərh edərkən iqtisadçı jurnalist Əli Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O, Rusiyada xarici valyutaların məzənnələrində artımın Azərbaycana ciddi təsir etməyəcəyini bildirib:

“Rusiyada dolların rubla nisbətdə artması qısa müddətli bir haldır. Bu, orada baş verən hərbi qarşıdurma ilə bağlıdır. Ara sakitləşən kimi dolların məzənnəsi yenidən əvvəlki həddə düşəcək. Rusiyada baş verən qarşıdurma uzun müddət davam edərsə və dolların məzənnəsi artarsa, ölkəmizə elə bir ciddi təsiri olmayacaq. Çünki Rusiya-Ukrayna müharibəsi yeni başlayanda da dolların məzənnəsi bir qədər qalxmışdı. Həmin vaxt ölkəmizdə lazımi tədbirlər görüldü və proses tənzimləndi”.

Sadiq Cavadov

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv