!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rublun "çökməsi" və azərbaycanlıların GERİ DÖNMƏ EHTİMALI: "Prosesin bu cür formalaşacağı...” - ŞƏRH

!Reklam – Yazi

“Bütövlükdə rublun kəskin dəyər itirməsi Rusiyada əmək bazarına uzunmüddətli təsir edəcək”.

Bu sözləri rublun kəskin dəyər itirməsi fonunda əmək bazarına olan təsirlər və orada çalışan soydaşlarımızın Azərbayana geri dönmə ehtimallarını dəyərləndirən iqtisadçı ekspert Elçin Rəşidov Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Rusiyada çalışan azərbaycanlıların bir hissəsi oradakı əməkhaqqından narazı qalaraq Azərbaycana üz tutmaları gözləniləndir:

“Ümumiyyətlə, bir ölkəyə məxsus valyuta digər valyutalara nisbətdə kəskin şəkildə dəyər itirdikdə şirkətlər öz işçilərinin əməkhaqqısını bir müddət artırırlar. Burada ətalətlik amili olduğu üçün bir müddət işçilərin aldığı əməkhaqqında digər valyutalara nisbətdə itkilər yaşanır. Ona görə də onlar itirilmiş dəyərdə olan əməkhaqqıyla əvvəlki dövrlərdə olduğu qədər məhsullar əldə edə bilmirlər. Bu da nəticə olaraq onların rifahına mənfi təsir göstərir. Bu səbəbdən də orada fəaliyyət göstərən işçilər ölkənin əmək bazarını tərk etmək məcburiyyətində qalırlar.

Rusiyada rublun kəskin dəyər itirməsi fonunda prosesin bu cür formalaşacağını gözləmək doğru olardı. Belə olduğu təqdirdə adətən həmin ölkədə inflyasiya prosesi də baş verir. Buna paralel olaraq da nəzərə almaq lazımdır ki, ölkəyə məxsus məhsulların qiymət baxımından rəqabət qabiliyyəti yüksəlir. Nəticə etibarilə Rusiyanın ixrac potensialı arta bilir. Lakin unutmaq olmaz ki, Qərb tərəfindən qoyulan sanksiyalar nəticəsində Rusiyanın ixrac potensialının artması tam şəkildə reallaşa bilməyəcək.

Bütövlükdə rublun kəskin dəyər itirməsi Rusiyada əmək bazarına uzunmüddətli təsir edəcək. Bunun bir hissəsi bərpa olunmaz təsirlərə aid edilir. Eyni zamanda Rusiyada çalışan azərbaycanlıların bir hissəsi oradakı əməkhaqqından narazı qalaraq Azərbaycana üz tutmaları gözləniləndir”.

Yusif Səmədzadə

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv