Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ruhani İsrailə görə İran generalitetini qəzəbləndirdi

İran prezidenti Həsən Ruhani iştirak etdiyi teledebatda ölkə generalitetini qəzəbləndirən fikirlər səsləndirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident seçkiləri çərçivəsində digər rəqibləri ilə birlikdə teledebata qatılan Ruhani ölkənin İslam Keşikçiləri Korpusunu hədəfə götürüb.

İranın fəaliyyətdə olan prezidenti adıçəkilən hərbi birləşməni Qərb əldə olunmuş nüvə anlaşmasına zidd olaraq, raket sınaqları keçirtməsini tənqid edib:

“İslam Keşikçiləri Korpusu üzərində İsrail əleyhinə şüarlar yazılan raketlərin sınağını davam etdirərək, ölkənin maraqlarına zərbə vurur. Nüvə anlaşmasını pozmaq üçün hər şeyi etdiklərini görürük. Raketlərin üzərinə faydasını görməyəcəyimiz şüarlar yazılır”.

İranın Qərb dövlətləri ilə imzaladığı nüvə anlaşması prezidentliyə namizədlərin debatında əsas mövzulardan biri olub. Mühafizəkar namizədlərdən Məhəmməd Bəkir və İbrahim Rəisi Qərblə imzalanmış nüvə müqaviləsinə görə Ruhanini tənqid ediblər. Bu mənada Rəisi daha sərt ifadələr seçib:

“”Ruhani həmin anlaşmadan sonra İrana qarşı tətbiq edilən sanksiyaların ləğv ediləcəyini bildirmişdi. Ancaq insanların həyatında heç nə dəyişmədi”.

İslam Keşikçiləri Korpusunu tənqid edən Ruhani generalitetin də sərt təpkisinə məruz qalıb. İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Bəkiri prezidenti bu ifadələrə görə tənqid edib:

“Bir rəsmi şəxsin xalqın gücünün göstəricisi olan raketləri nüvə anlaşması kimi xırda məsələyə bağlaması qəbul edilə bilməz”.

İslam Keşikçiləri Korpusuna bağlı Könüllülər Ordusunun komandanı Qulamhüseyn Qeybpərvər isə Ruhaninin fikirlərinə belə reaksiya verib:

“Başa düşmürəm, ölkəmizin hədəflərindən olan şüarların raketlərin üzərinə yazılmasında pis nə var ki?”

Yeniçağ.Az

www.yenicag.az

302
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100