!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rumıniya sahilində partlayış oldu, Rusiya minası olduğu ehtimal edilir

!Reklam – Yazi

Qara dənizin Rumıniya sahillində partlayış baş verib.

Yenicag.az “Digi24” telekanalına istinadən xəbər verir ki, Qara dənizin Rumıniya sahillərində, Kostinesti turist kurortunun yaxınlığında partlayış qeydə alınıb.

Rumıniya Hərbi Dəniz Qüvvələrinin sözçüsü polkovnik Korenliu Pavel “Digi24” telekanalına bildirib ki, partlayıcı qurğu çox güman ki, Rusiyanın dəniz minasıdır.

Xəsarət alanın olmadığı qeyd olunub.

Rumıniya Hərbi Dəniz Qüvvələrinin sözçüsü qeyd edib ki, dəniz qüvvələrinin dalğıcları partlayış yerinə gedirlər, çünki dənizdə partlayış verən ərazinin yaxınlığında başqa bir mina da aşkar edilib.

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlayandan bəri Rumıniya Hərbi Dəniz Qüvvələri Qara dənizdə ümumilikdə beş Rusiya dəniz minasını zərərsizləşdirib.

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv