!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus zənginlərinin AĞLAR GÜNÜ – 1 ayda 18 milyard dollar itirdilər

!Reklam – Yazi

2022-ci ilin ilk ayı Rusiyanın 23 iş adamı üçün inanılmaz maddi itkilərlə xarakterizə olunub.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın öndə gələn 23 iş adamı cari ilin yanvar ayında ümumilikdə 18 milyar dollar itiriblər.

Rusiyalı zənginlərin məruz qaldığı maddi zərərin məbləği “Bloomberg” Billionaires Index (BBI) reytinqi əsasında hesablanıb.

Qeyd olunur ki, “NOVATEK” və “SİBUR” holdinqləri Direktorlar Şurasının üzvü Gennadi Timçenko 2,53 milyard, “Severstal”ın rəhbəri Aleksey Mordaşov 1,67 milyard, “NOVATEK” İdarə Heyətinin sədri Leonid Mixelson 1,65 milyard, “NLMK” Direktorlar Şurasının sədri Vladimir Lisin 1,18 milyard, “MMK” Direktorlar Şurasının sədri Viktor Raşnikov isə 1,09 milyard dollar ziyana düşüb.

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv