!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya 45 banka qadağa qoydu

!Reklam – Yazi

Rusiya ölkədə yaradılmış 45 bank və maliyyə qurumunun səhmlərinin mübadiləsini qadağan edib.

Yenicag.az “Reuters”ə istinadən bildirir ki, xarici kapital institutu statusuna malik 45 bankın kapital əməliyyatları qadağan edilib. Qadağalar Rusiyanın “qeyri-dost” kimi xarakterizə etdiyi və ya xarici kapital institutu statusuna malik ölkələrə aid bankları əhatə edib.

Siyahıda xarici banklar arasında İtaliyanın “Intesa” və “UniCredit”, İsveçrənin “Credit Suisse” və Avstriyanın “Raiffeisen” bankları, Rusiya bankları arasında “Yandex-Bank” və “Ozon-Bank” yer alıb.

Bundan başqa, Rusiya xarici ölkələrlə ticarətə tətbiq etdiyi müxtəlif məhdudiyyətləri 2023-cü ilin sonuna qədər uzadıb. Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, martın 8-dən müvəqqəti olaraq qüvvəyə minən məhdudiyyətlər gələn ilin sonuna qədər uzadılıb.

Rusiya hökuməti texnologiya, telekommunikasiya, tibb, avtomobil, kənd təsərrüfatı və elektrik avadanlıqları başda olmaqla 200-dən çox məhsulun ixracına da qadağa qoyub.

Gülşən

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv