!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ABŞ-nı bununla HƏDƏLƏDİ

!Reklam – Yazi

Ukraynada 134 günlük müharibə Rusiya ilə ABŞ arasında gərginliyi artırarkən, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-ı sərt sözlərlə hədəfə alıb.

Yenicag.az xəbər verir ki, Volodin ABŞ-ın Rusiyanın aktivlərini donduracağı və ya müsadirə edəcəyi təqdirdə “Alyaskanı geri alacaqları” ilə hədələyib.

Volodin Dumanın yay tətili öncəsi son sessiyasındakı çıxışında “Amerikalılar bunu həmişə yadda saxlamalıdırlar: Alyaskanın qiyməti var. Xaricdəki resurslarımızı idarə etməyə çalışanda unutmasınlar ki, bizim də geri götürməli işlərimiz var”, – deyib.

Volodinin bu çıxışı Dumada böyük alqışlarla qarşılanıb.

Qeyd edək ki, 1853-1856-cı illərdə İngiltərə və Fransanın dəstəklədiyi Osmanlı İmperiyası ilə Rusiya arasındakı müharibədə ağır məğlubiyyətə uğrayan Rusiya 1867-ci ildə Alyaskanı 7,2 milyon dollara ABŞ-a satdı. Alyaska bu gün ABŞ-ın ən böyük neft yataqlarına ev sahibliyi edir.

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv