!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ABŞ-nin məşhur şirkətini CƏRİMƏLƏDİ

!Reklam – Yazi

Rusiya ABŞ-nin Zoom şirkətini cərimələyib.

Yenicag.az xəbər verir ki, Moskva məhkəməsi Rusiya Federasiyasında nümayəndəliyini açmayan Zoom şirkətinə 15 milyon rubl (təxm. 252 o00 man.) cərimə kəsib.

“Zoom Video Communications Inc.-ni 15 milyon rubl məbləğində inzibati cərimə şəklində cəzalandırın”, – Moskvanın Taqanski rayonunun 422 saylı məhkəmə dairəsinin hakimi Timur Vaxrameyev qərarını elan edib.

Zoom Rusiya Federasiyası vətəndaşlarının şəxsi məlumatlarının Rusiya ərazisində yerləşən məlumat bazalarında lokallaşdırılması öhdəliyini dəfələrlə yerinə yetirməməkdə günahkar bilinib.

Zoom-un nümayəndələri və müdafiəçiləri məhkəməyə gəlməyiblər.

Şirkət ilk dəfə 2022-ci ilin iyulunda Rusiya məlumatlarının lokallaşdırılması tələbini pozduğuna görə cərimələnib. Cərimə 1 milyon rubl təşkil edib.

Xuraman Etibarlı

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv