!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Almaniyaya nota verdi - SƏBƏB

!Reklam – Yazi

Rusiya Almaniyada Sovet İttifaqının abidəsi və qəbiristanlığına hücuma görə Almaniya Xarici İşlər Nazirliyinə nota verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Almaniyanın Verneuhen şəhərində Sovet İttifaqı abidəsi və İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış qəbiristanlığa “neonazi” qruplarının hücumuna görə rəsmi Berlinə nota verib.

Rusiyanın Berlindəki səfirliyinin hücumla bağlı açıqlamasında Almaniyada Sovet İttifaqı abidələrinə və məzarlarına “dəhşətli hücumlar”ın davam etdiyi bildirilib:

“Nəhayət, Almaniyanın Verneuhen şəhərində Sovet İttifaqına məxsus abidə və qəbiristanlığa hücum edilib. Biz bu iyrənc hərəkəti etnik ədavətin qızışdırılması, dünyanı və Avropanı nasizmdən xilas etmək üçün həyatlarını itirmiş əsgərlərin xatirəsini ələ salmaq kimi görürük”.

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv