Rusiya-Azərbaycan hökumətlərarası komissiyasına yeni həmsədr təyin edilib.
Yenicag.az-ın verdiyi məlumata görə, bu barədə müvafiq sərəncamı Rusiyanın Baş naziri Dmitri Medvedev imzalayıb.
Sərəncama əsasən, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri təyin edilib.
Qeyd edək ki, o, bu vəzifədə Dmitri Roqozini əvəz edib. D. Roqozin bir müddət əvvəl “ROSKOSMOS”-un rəhbəri təyin edilib./APA/