Rusiya Azərbaycandan keçən bu daşımalar üzrə tarifləri 50 faiz azaldır

“Rusiya Dəmir Yolları” 2019-2020-ci illərdə Azərbaycana qara metal və taxıl daşımaları tarifini 50 faiz azaldacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Trend şirkətə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, söhbət Şimali Qafqaz dəmir yolunun “Samur” ötürmə stansiyasında keçməklə Böyük Kəsik – Qardabani (Gürcüstan) yolu ilə daşınan yüklərdən gedir.

Şirkətdən bildiriblər ki, tariflərin formalaşması dəmiryolu daşımalarının rəqabətqabiliyyətliliyinin artırılmasını nəzərdə tutan marketinq qiymətləndirilməsinə əsaslanıb və bu qərar uzunmüddətli xarakter daşıyacaq.