!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya Azərbaycanın əli ilə Ermənistanı, dolayısı ilə Avropanı vurmaq istəyir" - ŞƏRH

!Reklam – Yazi

Rusiya Azərbaycanın əli ilə Ermənistanı, dolayısı ilə Avropanı vurmaq istəyir. Bu, Azərbaycanın milli maraqlarını təhdid edən bir xəttdir”.

Bu fikri Rusiyanın Azərbaycanı müdafiə etmək yönündəki açıqlamaları və Maria Zaxarovanın “Avropa İttifaqı Azərbaycanın mövqeyinə məhəl qoymur” tipli bəyanatını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiyaya nə Azərbaycan, nə də Ermənistan maraqlıdır, Moskva öz maraqlarından çıxış edir:

“Rusiyadan Azərbaycana 200 ildə uzanan əl heç vaxt Azərbaycan xalqının, Azərbaycan türkünün, dövlətinin mənfəətinə olmayıb. Rusiya milli strateji imperiya maraqlarına uyğun olaraq davranıb. Hazırda Avropa İttifaqı siyasi, diplomatik yollarla Qarabağ probleminin Rusiyanın əlindən alınması prosesinə start verib. Bu, Rusiyanın maraqlarına uyğun deyil. Rusiyanın bu taktikası, strategiyası Qarabağ, Qarabağ ermənilərinin dərdinə ağlamaq deyil. Rusiya sadəcə olaraq etnik, separatçılıq faktorundan istifadə edərək Cənubi Qafqazda qalmaq istəyir. Ermənilər sadəcə alət olub. Ermənistan problem dövlətidir. Erməniləri problem dövləti olaraq yaradıb, himayə etmək də Fransa, Rusiya kimi dövlətlərin milli strateji maraqlarına uyğundur.

Ermənistan tərəfindən Avropaya inteqrasiya yolunda çabalar var. Rusiyanın bəyanatı Azərbaycana yanımlıq deyil. Bu, sadəcə olaraq Ermənistan vasistəsi ilə Avropanın, NATO-nun Qafqaza girişi prosesinə etirazdır. ABŞ Prezidenti Co Baydenin istər Kiyevdə, istər Polşada verdiyi bəyanatlar çox açıqdır, Rusiyaya, imperializm xəttinə meydan oxumaqdır. Bayden sətiraltı deyir ki, Qafqaza da gələcəyik. Bu işdə avanqart rolunda Ermənistan görünür.

Azərbaycana himayədarlıq obrazı yaratmaqla Rusiya Azərbaycanı təsir dairəsinə çəkmək istəyir. Rusiya Azərbaycanın əli ilə Ermənistanı, dolayısı ilə Avropanı vurmaq istəyir. Bu qorxulu, Azərbaycanın milli maraqlarını təhdid edən bir xəttdir.

Azərbaycan postPutin dövrünə hazırlıq içərisində olmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv