!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya Azərbaycanla Ermənistanın daim müharibə şəraitində yaşamasını istəyir" - ŞƏRH

!Reklam – Yazi

“Gümrüdə Rusiyanın hərbi bazası var, bundan əlavə, “5-ci kolon” və “Vaqner” qrupları da Ermənistanda mövcuddur. Bunları görən Paşinyan həm də Rusiyanın əlinə oynamaq kimi bir gediş edir”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfərindən əvvəl və sonra atdığı addımlar, regionda baş verən proseslər və bunda Rusiyanın rolunu şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, bölgəmizdə konfliktlərin mənbəyi Rusiya faktorudur:

“Rusiya hər zaman Cənubi Qafqazda erməni faktorundan istifadə edərək Azərbaycanın inkişafını əngəlləyib. Rusiya həm də Qafqaz dövlətləri arasında səmimi münasibətin qurulmasının qarşısını alan bir mexanizmdir. İndiki Putin rejimi imperiya üçün alışıb yanır. Paşinyan müəyyən pozitiv addımlar atmaq istəyir, təmaslar qurur. Ancaq Ermənistanda əsas rıçaqlar Rusiyanın əlindədir. Paşinyan hakimiyyətini devirmək cəhdləri, hətta hərbi müdaxilə də ola bilər.

Paşinyan parlamentdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etdi və sülh sazişinin vacibliyini vurğuladı. Rusiya isə dərhal hərəkətə keçdi. Rusiya Azərbaycanla Ermənistanın sülh yox, daim müharibə şəraitində yaşamasını istəyir. Rusiyanın mahiyyəti budur. Bunu hamının bilməsi vacibdir ki, gələcək strategiyamızda, geosiyasi addımlarımızda situasiyaya müvafiq davrana bilək”.

Səxavət Məmməd

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv