!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Azərbaycanla sərhəddə logistika mərkəzləri tikir

!Reklam – Yazi

“Rusiya və Azərbaycan münasibətlərin inkişafına və şaxələndirilməsinə getdikcə daha çox diqqət yetirirlər və bu iş davam edərsə, yaxşı nəticələrə səbəb olacaqdır”.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsi 4,5-4,6 milyard dollar təşkil edir:

“İnkişaf tempi çox yaxşıdır. Biz münasibətlərimizi getdikcə şaxələndiririk. Hər iki tərəfdən bu münasibət qorunsa, Rusiyada da bizim münasibətimiz eyni olsa, əminəm ki, nəticələr yaxşı olacaq”.

Putin qeyd edib ki, iki ölkə arasında birgə işin vacib sahələrindən biri logistikadır: “Bu mənada logistikanın inkişafı baxımından çox iş görülməlidir. Bu, təkcə Şimal-Cənub Nəqliyyat Dəhlizinə aid deyil, digər vektorlara da aiddir. Logistika mərkəzlərinin, o cümlədən Rusiya və Azərbaycan sərhəddində – Dağıstan hissəsində tikinti işləri aparılır. Bu, digər sahələrə də aiddir”./Report/

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv