!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya banklarında MANAT ƏMANƏTİ: “Qərarı fərdlərin özü verməlidir, ancaq...” - Keçmiş nazirdən TÖVSİYƏ

!Reklam – Yazi

“Həqiqətən də, manat hazırda bölgədəki başqa ölkələrin hamısının valyutasından daha dəyərlidir”.

Bu fikirləri ağır beynəlxalq sanksiyalara məruz qalan Rusiyanın bir sıra banklarının Azərbaycan manatı ilə əmanət qəbul etməyə başlamalarının bu imkandan faydalanmaq istəyən vətəndaşlarımız üçün mümkün nəticələrini dəyərləndirən keçmiş maliyyə naziri, professor Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Rusiya banklarına əmanət qoymağın riskləri vətəndaşlara ətraflı izah olunmalıdır:

“Bildiyiniz kimi, Azərbaycanla Rusiya arasında fevralın 22-də imzalanmış müqavilədə iki ölkənin bankları arasında inteqrasiya və milli valyutalarla hesablaşmaların aparılması öz əksini tapıb. Amma burada bir mühüm nüans var. O da bundan ibarətdir ki, qarşılıqlı hesablaşmalar milli valyutalarla aparılsa, həmin valyutalardan biri əsas götürülməlidir.

Yaxud da hər iki valyutanın kursuna istinad edilməlidir. İndiki şəraitdə Rusiya rublunun vəziyyətinə baxsaq, bu variant manatı böyük risk qarşısında qoyur. Çünki rubl sürətlə dəyər itirir və onun yaxın zamanlarda sabitləşəcəyi gözlənilmir. Hətta onu da proqnozlaşdırıram ki, rubl dollara nisbətdə dörd və ya beş rəqəmli ədədlə ifadə olunacaq.

Mən ötən həftə çıxışlarımdan birində qeyd etdim ki, yaranmış vəziyyətdə manatın regional rezerv valyuta kimi götürmək və region ölkələri valyutalarının kursunu manata nisbətdə müəyyənləşdirmək lazımdır. Həqiqətən də, manat hazırda bölgədəki başqa ölkələrin hamısının valyutasından daha dəyərlidir.

Ancaq bütün hallarda Rusiya ilə bu çərçivədə əməkdaşlığın yaratdığı, yaxud da yaradacağı risklər mütləq nəzərə alınmalıdır. Lakin Azərbaycan vətəndaşlarının Rusiya banklarına manatla əmanət yerləşdirmək məsələsində qərarı fərdlərin özü verməlidir. Əlbəttə, bu zaman Rusiya banklarına əmanət qoymağın riskləri də izah olunmalıdır”.

A.Zeynalov

www.yenicag.az

885
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv