!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya bərk buğda növlərinin ixracını dayandırdı

!Reklam – Yazi

Rusiya hökuməti bərk buğda növlərinin ixracına müvəqqəti qadağa tətbiq edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya ölkədən bərk buğdanın ixracına müvəqqəti məhdudiyyət tətbiq edir. Bu barədə sərəncam imzalanıb. Qərar ərzaq təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və daxili bazarda bərk buğda məhsullarının qiymətləri ilə bağlı sabit vəziyyəti saxlamağa kömək edəcək”, – məlumatda deyilir.

Müvəqqəti məhdudiyyət hökumətin sərəncamı dərc edildiyi andan qüvvəyə minir və 31 may 2024-cü il tarixinədək qüvvədə olacaq.

Yalnız bərk buğda növlərinin Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrə – Ermənistan, Belarus, Qırğızıstan və Qazaxıstana ixracına Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən icazələr əsasında hökumətin qərarı ilə müəyyən edilmiş kvotalar çərçivəsində icazə verilir./Report/

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv