!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya beynəlxalq blokadanı həm də Azərbaycan vasitəsilə yarmaq istəyər, amma...” - Riskli GÖZLƏNTİ

!Reklam – Yazi

“Belə bir vəziyyətdə Rusiyanın sanksiyaların təsirini azaltmaq üçün illeqal yollara əl atması kifayət qədər gözlənilən addımdır”.

Bu fikirləri Ukraynaya hərbi müdaxilə etdiyi üçün beynəlxalq sanksiyalara məruz qalan Rusiyanın düşdüyü vəziyyəti nisbətən yüngülləşdirmək üçün MDB ölkələrinin imkanlarından yararlanmaq ehtimalını dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Rusiyanın sanksiyaların təsirini azaltmaq üçün illeqal əməkdaşlığı planlaşdırdığı ölkələr arasında Azərbaycan da nəzərdə tutula bilər:

“Bildiyiniz kimi, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra dünya birliyi bu ölkəyə qarşı əvvəllər təsəvvürə belə gəlməyəcək dərəcədə ağır sanksiyalar tətbiq etməkdədir. O baxımdan, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən hələ iki həftə keçməyib, amma sanksiyalar artıq ölkə iqtisadiyyatına sarsıdıcı təsir göstərib. Transmilli şirkətlər, qlobal brendlər və qurumlar bir-birinin ardınca Rusiyanı tərk etməkdədirlər.

Rusiyanın bank sektoruna qarşı sanksiyaları isə ölkənin maliyyə sistemini iflic vəziyyətinə salıb, rubl hər gün deyil, az qala hər saat tarixi antirekord vurur. Yəni Rusiya Ukraynada hərbi baxımdan bataqlığa düşdüyü kimi, ölkənin iqtisadiyyatı da fəlakətli durumdadır.

Əlbəttə, belə bir vəziyyətdə Rusiyanın sanksiyaların təsirini azaltmaq üçün illeqal yollara əl atması kifayət qədər gözlənilən addımdır. Rusiya bu məqsədlə ilk növbədə MDB ölkələrinin, o cümlədən də Azərbaycanın imkanlarından yararlanmaq istəyə bilər.

Sözsüz ki, bu niyyət Rusiyanın Azərbaycan da daxil olmaqla həmin ölkələri böyük risk qarşısında qoyması deməkdir. Çünki Rusiya əleyhinə sanksiyaların pozulmasında iştirak etmək bu və ya digər ölkəni çox ciddi problem qarşısında qoya bilər.

Bununla belə, qeyd etməliyik ki, Azərbaycan Prezidenti indiki olduqca həssas və mürəkkəb şəraitdə çox düzgün siyasət yeritməkdədir. Ona görə də inanıram ki, Azərbaycan rəhbərliyi Rusiyanın bu istiqamətdə mümkün cəhdlərini çox ustalıqla neytrallaşdıraraq ölkənin beynəlxalq təzyiq hədəfinə çevrilməsinə imkan verməyəcək”.

A.Zeynalov

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv