!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya bu aksiyaların cavabı olaraq Ermənistanı cəzalandırmaq yönündə...” – ŞƏRH

!Reklam – Yazi

“Radikal qüvvələr Qərbin Ermənistana daha çox sahib çıxacağı fikrini təlqin etməyə çalışırlar”.

Bu fikirləri Ermənistanın Qərbyönümlü müxalifətinin Rusiya hərbi bazalarının ölkədən çıxarılması tələbi ilə keçirdikləri davamlı etiraz aksiyalarına münasibət bildirən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu aksiyanın nəticəsi Rusiyanın Ermənistanı növbəti dəfə cəzalandırması ola bilər:

“Ermənistanda Qərbə meyilli qüvvələrin birləşdiyi “Milli-demokratik qütb” adlandırılan ittifaq Rusiyanın ölkədəki hərbi mövcudluğuna son qoyulması tələbi ilə silsilə aksiyalar keçirirlər.

Onlar hesab edirlər ki, Rusiya istər özü, istərsə də KTMT çərçivəsində Ermənistana heç bir dəstək vermir və ona görə də onun hərbi mövcudluğuna ehtiyac yoxdur. Radikal qüvvələr Qərbin Ermənistana daha çox sahib çıxacağı fikrini təlqin etməyə çalışırlar. Qeyd edək ki, həmin ittifaqda Azərbaycana qarşı döyüşən, bir sıra terror aksiyalarının icrasında iştirak etmiş cinayətkarlar da təmsil olunurlar.

Amma əlbəttə ki, bu kimi aksiyalar Rusiyanı Ermənistandakı hərbi bazalarını bağlamağa məcbur edə bilməz. Rusiya əsas diqqətini Ukrayna ilə müharibəyə yönəltsə də, Cənubi Qafqaz onun üçün strateji əhəmiyyət daşıyır. Ona görə də Ermənistanda hərbi mövcudluğundan imtina etməyəcək.

Ancaq Moskvanın bu aksiyaları cavabsız buraxacağı da inandırıcı deyil. Rusiyanın bu aksiyaların cavabı olaraq Ermənistanı cəzalandırmaq yönündə addım atacağı istisna deyil. Fikrimcə, Rusiya Ermənistandan çıxmasının hansı nəticələrə varacağını ermənilərə göstərmək üçün Azərbaycanla sərhəddə yeni toqquşmalara şərait də yarada bilər”.

A.Zeynalov

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv