!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya bu hikkənin onu hara aparacağının fərqində olmasa da...” – ŞƏRH

!Reklam – Yazi

“Hər halda, Zelenskinin də dediyi kimi, indi nə 2014-cü ildir, nə Ukrayna səkkiz il əvvəlki vəziyyətdədir”.

Bu fikirləri Rusiyanın Donbas separatçılarının “müstəqilliyini” tanımasından sonra işğalçı qonşusu ilə savaş məcburiyyətinə gətirilən Ukraynanın durumunu dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin fikrincə, Zelenskinin müraciətindən gəlinən nəticə budur ki, Ukrayna xalqı Rusiya ekspansiyasına müqavimət göstərəcək:

“Əslində, Qərb Rusiyanın 2008-ci ildə Abxaziya ilə Cənubi Osetiya separatçı rejimlərinin “müstəqilliyini” tanımasından sonra qətiyyətli davransaydı, sonrakı illərdə Moskva Ukrayna ərazilərini belə rahatlıqla ilhaq edə bilməzdi. Təbii ki, Rusiyanın Donbas separatçılarını tanıması, ona maliyyə borcu olan bəzi ölkələri də bu işə cəlb etməsi beynəlxalq miqyaslı növbəti rəzalətdir.

Məsələyə hansı tərəfdən baxsaq açıq görünür ki, Qərbin tərəddüdlü davranışı fonunda Rusiya özünün ekspansiya niyyətlərinin gerçəkləşməsi üçün uyğun şəraitin yetişdiyi qənaətindədir. Ona görə də belə sərbəst hərəkət edir. İddiaları ard-arda reallaşan Rusiya daha da irəli getməkdədir.

Ancaq Rusiya bu hikkənin onu hara aparacağının fərqində olmasa da, bu gedişat onun özü üçün də yaxşı heç nə vəd etmir. Obrazlı desək, özünün ağırlıq mərkəzini itirmək üzrə olan Rusiya bir az sonra artıq tarazlığını nizamlaya bilməyəcək.

İndilikdə situasiyanın içinə qayıtsaq, Ukrayna üçün çox ağır dönəmin başladığını söyləməliyik. Qərbin yetərsiz dəstəyi Ukraynanı xilas edəcək səviyyədə deyil. Bunu Ukrayna rəhbərliyi də başa düşür və Qərbi açıq mətnlə tənqid etməkdən çəkinmir. Prezident Zelenskinin müraciətindən gəlinən nəticə budur ki, Ukrayna xalqı Rusiya ekspansiyasına müqavimət göstərəcək. Hər halda, Zelenskinin də dediyi kimi, indi nə 2014-cü ildir, nə Ukrayna səkkiz il əvvəlki vəziyyətdədir”.

A.Zeynalov

www.yenicag.az

836
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv