!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya büdcəsini “dolduran” Almaniya biznesi - 262 şirkət sanksiyanı necə pozur?

!Reklam – Yazi

Almaniya şirkətlərinin hələ də Rusiyada fəaliyyət göstərərək təcavüzkar ölkəyə vergi ödədikləri aşkarlanıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Almaniyaya məxsus 262 şirkət sanksiyalara baxmayaraq, Rusiyada fəaliyyətini davam etdirir və bu ölkənin büdcəsini zənginləşdirir.

Məlumata görə, bu barədə Kiyev İqtisadiyyat Məktəbinin apardığı araşdırma nəticəsində hazırlanan hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə qədər bu ölkədə Almaniyaya məxsus 393 şirkət fəaliyyət göstərib.

Son 17 ayda həmin şirkətlərdən yalnız 33-ü Rusiyanı tərk edib. 98 şirkət Rusiya bazarını “tərk etmək prosesindədir. 262 şirkət isə Rusiyadı fəaliyyətini hələ də davam etdirir.

Maraqlıdır ki, Almaniya şirkətləri 2022-ci ildə Rusiya büdcəsinə 400 milyon dollar vergi ödəyiblər. Bu, Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək göstəricidir.

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv