!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya casus şəbəkəsinə YENİ HÜCUM: Polşada daha bir neçə nəfər həbs edildi – ƏMƏLİYYAT

!Reklam – Yazi

Polşada fəaliyyət göstərən Rusiyaya bağlı casus şəbəkəsinə qarşı növbəti əməliyyat keçirilib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Polşada Rusiyanın lehinə casusluq edən daha 3 nəfər həbs edilib.

Bu barədə məlumatı Polşanın xüsusi xidmət orqanlarının nazir-koordinatorunun müavini Stanislav Jarin açıqlayıb.

Qeyd olunur ki, Polşada martın 16-da keçirilən xüsusi əməliyyat nəticəsində Rusiyanın lehinə casusluq fəaliyyəti göstərən 9 nəfər həbs edilib.

Jarinin sözlərinə əsasən, şəbəkəyə qarşı martın 28-də keçirilən növbəti əməliyyat zamanı isə daha 3 nəfər həbs olunub.

Bildirilir ki, həbs edilən şübhəlilər Polşanın şərq regionlarında əcnəbi qismində yerləşərək, Rusiya kəşfiyyatının göstərişi ilə bir sıra diversiya aktları hazırlayıblar.

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv