!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya cinayət törətmiş sabiq məmuru Ermənistana ekstradisiya etməkdən İMTİNA ETDİ/FOTO

!Reklam – Yazi

Rusiya Boris Avaqyanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Rusiya cinayətkar ermənini Ermənistana vermir.

Hazırda Moskva həbsxanasında yatan Boris Avaqyan uzun illər əvvəl Artik merinin müavini olub, Qarabağdakı ləğv olunmuş qondarma qurumda “vəzifə”lərdə çalışıb.

“Mənə qarşı ittiham irəli sürülən cinayət işi Ermənistanla bağlıdır. Mənim ittiham olunduğum əməllər Ermənistanda törədilib. Lakin istintaqa görə, hərəkətlər qruplaşmanın tərkibində 24 Rusiya vətəndaşının iştirakı ilə törədilib və buna görə də Rusiyada istintaq davam edir. Məhkəmə Rusiyada keçirilməlidir.
Üç aydır ki, Ermənistanın Rusiyadakı səfirinə ünvanlanmış yazılı müraciətimə cavab almıram.
Türkiyə vətəndaşı, Türkiyə Xarici Kəşfiyyatı rəhbərinin köməkçisi, Avropa İttifaqı və MDB-də qeyri-qanuni mühacirlərin mərkəzlərinə nəzarət edən Cəbrayıl Karlasan tərəfindən axtarışdayam.
Mənim öz işimə gəlincə, müxtəlif prosessual manipulyasiyalarla işin materialları ilə tanış olmağa icazə vermirlər.
Bundan əlavə, mənə ana dilimdən, pulsuz rus-erməni tərcüməçisinin xidmətindən istifadə etmək, eləcə də digər hüquqlarım pozulur. Söhbət təkcə məndən getmir, Rusiyada saxlanılan bütün ermənilərdən gedir”, – Avaqyan deyib.

O bildirib ki, Rusiya onu Ermənistan tərəfinə verməkdən imtina edir.

Xatırladaq ki, ötən il Ermənistan Baş Prokurorluğu ekstradisiya tələbi ilə Rusiya tərəfinə müraciət edib, lakin Rusiya heç bir cavab verməyib.
Dünən artıq Rusiya tərəfi Boris Avaqyanın Ermənistana ekstradisiyasından qəti şəkildə imtina edib.

Xuraman Etibarlı

www.yenicag.az

125
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv