!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ÇIXILMAZ VƏZİYYƏTDƏ: "Moskvanın sərsəm bəyanatlar verməsinə səbəb..." - Zərdüşt Əlizadə

!Reklam – Yazi

“Rusiya görür ki, tərəflər addım-addım mövqelərini yaxınlaşdırır, ona görə də, əl-ayağa düşüb”.

Bu sözləri Qarabağda baş verən proseslər, Rusiyanın məsələyə münasibəti və gözlənilən nəticələri şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi çıxılmaz vəziyyətə düşüb:

“Vəziyyət çox sadədir. İndiyə qədər Rusiya özünün heç bir imkanı olmayan Ermənistanı silahlandırıb, arxasında durub, həvəsləndirib, Azərbaycan ərazisini tutmuşdu. Ermənistan isə bu ərazini öz tarixi torpağı sayaraq, “heç vaxt Azərbaycana qaytarmaram” deyirdi.

Dünyada heç bir ölkə o ərazini Ermənistan ərazisi kimi tanımırdı. Bu torpağın Azərbaycana məxsus olması barədə Rusiya heç nə demirdi.

Rusiya bildirirdi ki, vasitəçidir, bitərəfdir. 44 günlük müharibədən sonra Azərbaycan tərəfi erməni tərəfini məğlub etdi. Sonra başladı onunla danışmağa.

O zaman Rusiya çıxıb dedi ki, o ərazilər əslində Azərbaycan torpağı imiş. Putin Qarabağın Azərbaycana məxsus olduğunu dilə gətirdi, Azərbaycanın ərazi bütövlüyünü tanıdı.

Ermənistan və Qarabağ erməniləri tanımaq istəmir, ona görə də, rus sülhməramlıları orda qalmalıdır ki, qırğın olmasın.

Azərbaycan Ermənistana bir, iki, üç zərbədən sonra rəsmi İrəvan məcbur olub dedi ki, Qarabağ Azərbaycan torpağıdır və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq.

Rusiya bundan sonra əl-ayağa düşdü. Çünki Rusiyanın planına görə, tanımayan tərəf Ermənistan olmalı idi. Yəni beynəlxalq hüquqa hörmət edən tərəf Rusiya, hörmət etməyən tərəf isə Ermənistan olmalı idi.

Belə bir şəraitdə Rusiya XİN və rəhbərliyi görür ki, tərəflər addım-addım mövqelərini yaxınlaşdırırlar. Bu prosesdə də aparıcı rolu Qərb oynayır.

Rusiya indi bəyan edir ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, ona görə də, bizdən heç nə tələb etməyin.

Rusiya Qarabağdakı separatçıları dəstəkləyir, orada mitniq təşkil edir.

Azərbaycan tərəfi də bəyan edir ki, bizim orada yaşayan insanlarla işimiz yoxdur, vətəndaşlığı qəbul edib, yaşasınlar. Rusiya XİN çıxılmaz vəziyyətə düşüb, onun məntiqi dəlilləri tükənib, sözü qurtarıb. Ona görə də, sərsəm bəyanatlar verir”.

Səxavət Məmməd

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv