!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya da, Qərb də dəstək uman Ermənistanın konkret onun səfində dayanmasını istəyir” – ŞƏRH

!Reklam – Yazi

“Ermənistan hökumətində yüksək postlar tutan fiqurların zaman-zaman Rusiyanı hədəfə almaları, əlbəttə ki, səbəbsiz deyil”.

Bu fikirləri Ermənistanda yüksək postlar tutan rəsmi şəxslərin Rusiyaya yönəlik tənqidi çıxışlarını intensivləşdirmələrinin səbəbləri haqda danışan Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Ermənistan rəsmiləri mövcud şəraitdə Rusiyanı tənqid edərək, “top”un Moskvada qalmasına cəhd göstərirlər:

“Öncə bu məqama toxunmaq istərdim ki, azərbaycanlı ictimai fəalların Laçın-Şuşa yolunda fasiləsiz etiraz aksiyası təşkil etmələri Ermənistanın məlum üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin müəyyən hissəsinin icrasından hələ də yayınması ilə birbaşa əlaqəlidir.

Eyni zamanda üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinə qarant olan Rusiyanın da bu statusda öz öhdəliklərini yerinə yetirməməsi vəziyyətin bu həddə qədər gərginləşməsinə yol açıb. Yəni Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni hərbi birləşmələrinin oradan çıxarılmaması indiki situasiyanı doğurub.

Ermənistan hökumətində yüksək postlar tutan fiqurların zaman-zaman Rusiyanı hədəfə almaları, əlbəttə ki səbəbsiz deyil. İrəvan indiki halda həm Qərb, həm də Rusiya ilə “oynamağa” çalışaraq, onlardan dəstək almağa çalışır. Ancaq siyasətdə belə davranış yolverilməz sayılır. Rusiya da, Qərb də dəstək uman Ermənistanın konkret onun səfində dayanmasını istəyir.

Ermənistanın Baş naziri, hökumət komandasının üzvləri, o cümlədən Amerika və Avropa ölkələrindəki erməni diasporu birmənalı Qərbyönümlü xəttin daşıyıcılarıdır. Ermənistanın revanşist qüvvələri, Rusiyadakı erməni diasporu və Qarabağdakı oyuncaq rejim isə bütün ümidlərini Moskvaya bağlayıb.

Belə bir şəraitdə Ermənistan rəsmilərinin Rusiyanı açıq mətnlə tənqid etmələri onların Moskvanın davranışından narazı qalmalarının göstəricisidir. Lakin onlar görürlər ki, Rusiya əvvəlki deyil. Eyni zamanda Azərbaycanın da əvvəlki Azərbaycan olmadığını bilirlər. Bununla belə, Rusiyanı tənqid edərək, “top”un Moskvada qalmasına cəhd göstərirlər”.

A.Zeynalov

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv