!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya da, Ukrayna da, dünya da həlledici savaşın başlayacağı günü gözləyir” – ŞƏRH

!Reklam – Yazi

“Diqqət etmisinzsə, müharibə başlayandan bu yana, bir mərhələdə Rusiya, digər mərhələdə isə Ukrayna təşəbbüsü ələ keçirir”.

Bu fikirləri Ukraynanın Rusiya ərazisində təxribat-diversiya fəaliyyətini genişləndirməsinin müharibənin gedişinə mümkün təsirini dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Polkovnikin sözlərinə görə, hazırda Rusiya-Ukrayna müharibəsində qarşıdurma taktiki xarakter daşımaqdadır:

“Əslində, Ukraynanın təxribat-diversiya qruplarının Rusiya ərazisində fəaliyyət göstərmələri bu günə aid məsələ deyil. Yəni müharibə başlayandan bu yana Ukraynanın diversiya qrupları Rusiyanın həmsərhəd bölgələrində onlara verilən tapşırıqların icrası ilə məşğuldurlar.

Sadəcə olaraq, bu gün yayılan xəbərlərin mövzusu olan diversiya qrupunun fəaliyyəti bir az səs-küylü olduğu üçün diqqəti cəlb edir. Bu qrupun həyata keçirdiyi fəaliyyət və ona qarşı görülən tədbirlər barəsində məlumat hələ qəti nəticə çıxarmağa imkan vermir.

Rusiya-Ukrayna savaşına gəldikdə isə indiki durumda oradakı qarşıdurma taktiki xarakter daşımaqdadır. Diqqət etmisinzsə, müharibə başlayandan bu yana, bir mərhələdə Rusiya, digər mərhələdə isə Ukrayna təşəbbüsü ələ keçirir. Bunun da əsas səbəbi Ukraynanın silahlarla təminatının fasiləsiz olmamasıdır.

Bildiyiniz kimi, Qərb koalisiyası artıq Ukraynaya hücum silahları da göndərməyə başlayıb. Bu isə o deməkdir ki, Ukrayna geniş əks-hücum kampaniyasına hazırlaşır. Rusiya komandanlığı da bunu hesabladığı üçün əsas qüvvələrini məhz gözlənilən əks-hücuma uyğun qaydada qruplaşdırmaqdadır.

Tərəflər dəqiq bilirlər ki, müharibənin taleyi bu gözlənilən əks-hücum kampaniyasında həll olunacaq. O baxımdan, Rusiya da, Ukrayna da, dünya da həlledici savaşın başlayacağı günü gözləyir”.

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv