!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Dövlət Duması çoxuşaqlı miqrantlara HİDDƏTLƏNDİ

!Reklam – Yazi

Rusiya Dövlət Duması çoxuşaqlı miqrantlara qəzəblənib.

Yenicag.az xəbər verir ki, Rusiya Dövlət Duması miqrantların 8 uşaq dünyaya gətirməsindən, müavinət almasından və 20 min rubla (təxm. 400 man.) işləmək istəməməsindən hiddətlənib.

Rusiya Dövlət Dumasının deputatı Olqa Alimova bildirib ki, Rusiyanın yerli sakinləri Mərkəzi Asiya ölkələrindən gələnləri vergiləri ilə saxlayırlar.

“Bura köçüblər, hərəsinin yeddi uşağı var, səkkizinci də burada dünyaya gətiriblər. İşləmirlər. Ən yüksək səviyyədə 100 min rubl (təxm. 2000 man.) müavinət alırlar.

Nəticə etibarı ilə bələdiyyə başçısı işləməyə heç kimi tapa bilmir. Onlar 20 min rubla heç poçtalyon işləməyə razı deyillər. Yüz min pulu olanın işləmək nəyinə lazımdır?! Onlar velosipedlə pensiya paylayarlar?”, – Alimova deyib.

Milli İşlər üzrə Federal Agentliyin məlumatına görə, təkcə 2022-ci ildə 635 min nəfər Rusiya vətəndaşlığını qəbul edib.
Onlardan 85 mini uşaq olmaqla 170 mini Tacikistandandır. Bir qadın Rusiya vətəndaşlığını aldıqdan sonra, başqa ölədə doğulsa da, uşaqlarına analıq kapitalı verilir.

Bu, az pul deyil – 2023-cü ildə birinci uşağa 524 min rubl (təxm.10 min man.), ikinci uşağa 693 min rubl (13 min man.) veriləcək.

Xuraman Etibarlı

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv