!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya əlavə itkilərə məruz qalmadan müharibəni bitirməlidir” – ABŞ rəsmisi

!Reklam – Yazi

“Ümid edirəm ki, Rusiya öz imkanlarını bir daha nəzərdən keçirəcək və artıq dayanacaq”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə son qoymasının vacibliyi barədə danışan ABŞ Dövlət Departamenti spikerinin müavini Vedant Patel deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı başladığı müharibədə məğlub olmağa məhkumdur:

“Açıq danışsaq, mən inanram ki, Rusiya bu müharibədə məğlub olacaq. Ona görə də ümid edirəm ki, Rusiya öz imkanlarını bir daha nəzərdən keçirəcək və artıq dayanacaq.

Rusiya əlavə itkilərə məruz qalmadan müharibəni bitirməli və Ukrayna ərazilərini ləngimədən tərk etməlidir. Hazırda savaşın gedişi ilə bağlı detallara toxunmaq və Ukrayna hakimiyyətinin adından danışmaq istəmirəm.

Onu deyə bilərəm ki, müttəfiq ölkələr işğal altındakı ərazilərini azad etmək üçün Ukrayna ordusuna hərtərəfli yardımları fasiləsiz davam etdirir”.

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv