!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya erməni şirkətinin hesablarına HƏBS QOYDU - FOTO

!Reklam – Yazi

Rusiyada erməni podratçının hesabları dondurulub.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, Rusiyanın Tümen vilayətinin Arbitraj Məhkəməsi “UTair” aviaşirkətinin podratçısı “Aquila Technics” MMC-nin (İrəvan) hesablarının dondurulmasına qərar verib.

Qərar təxminən 176 milyon rubl (1 742 574,14 ABŞ dolları) və 1,5 milyon ABŞ dolları tələbi əsasında alınmayan mühərriklərə görə verilib.

Məhkəmə ərizədə göstərilən dəlilləri və iş materiallarını araşdıraraq iddianın təmin edilməsi tələbini kifayət qədər hesab edib.

Bundan əlavə, Tümen vilayətinin arbitraj məhkəməsi 2 aprel 2024-cü il tarixinə “UTair” aviaşirkətinin mühərriklərin alınmaması halında Ermənistanın “Aquila Technics” MMC-dən 176 milyon rublun geri alınması ilə bağlı iddiasına baxmağı təyin edib.

Bundan əvvəl “UTair” alınmayan mühərriklər üçün “Aquila Technics” MMC-dən təxminən 176 milyon rublun qaytarılması üçün Tümen vilayətinin arbitraj məhkəməsinə iddia qaldırmışdı.

Materiallara görə, “UTair” “Aquila Technics” MMC-nin Tümen hava limanında təyyarələri mühərriklə təmin etmədiyini və pulu qaytarmadığını bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv