!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya ermənilərin əli ilə Türkiyə və Azərbaycana mesaj verir" - Hərbi ekspertdən İLGİNC AÇIQLAMA

!Reklam – Yazi

“Rusiya ermənilərin əli ilə Türkiyə və Azərbaycana mesaj verir”.

Bu sözləri Naxçıvan istiqamətində atəşkəsin pozulması hallarını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

 

Rövşən Məhərrəmov bildirib ki, Paşinyan Ermənistan ordusunu Rusiyaya işləyənlərdən təmizləyə bilməyib:

“Paşinyan sözdə Azərbaycan ərazi bütövlüyünü tanıdıqdan sonra separatçı qüvvələr və Ermənistandakı müxalifəti hərəkətə keçib. İstər siyasi dairədə, istərsə də ordu daxilində Paşinyanı devirmək istəyən qüvvələr var. Paşinyan hələ də ordunu istədiyi kimi təmizləyə bilməyib. O qorxur, ona görə də daxildə gərginliyin artmasını istəmir.

Buna görə də, Paşinyan tələsmir və heç bir sənədə imza atmır. Bunun nəticəsidir ki, əvvəl Qarabağda, sonra sərhəd istiqamətində atəşkəs pozuldu, indi isə Naxçıvan istiqamətində atışmalar baş verir.

Türkiyə Prezidenti Azərbaycana səfər etdikdən dərhal sonra Naxçıvan istiqamətində atəşkəs pozulmasının arxasında ruslar var. Rusiya göstərmək istəyir ki, regionda söz sahibi odur”.

Səxavət Məmməd

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv