!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ermənistan münasibətlərində MÜMKÜN NORMALLAŞMA: “Bu baş versə belə...”

!Reklam – Yazi

“Bütün bunların fonunda Rusiyanın Ermənistanda hərbi bazasının olduğu xüsusi vurğulanmalıdır”.

Bu fikirləri Ermənistanla Rusiya arasında münasibətlərin normallaşacağı təqdirdə regionda cərəyan edən mövcud proseslərin mümkün inkişafını dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri artıq heç bir halda Azərbaycana təsir etməyəcək:

“Putin və Paşinyan arasında anlaşma hər zaman ola bilər. Bildiyiniz kimi, Paşinyan ayın sonlarında Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi toplantısında iştirak edəcəyini bildirib. Onun Avrasiya İqtisadi İttifaqının yığıncağına da qatılacağı gözlənilir.

O tədbirlərdə yəqin ki Rusiya-Ermənistan münasibətlərinin müxtəlif aspektləri müzakirə olunacaq. Artıq Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı ölkələrlə dövriyyəsi 5 milyard dolları keçib.

Eyni zamanda, Putin də bildirmişdi ki, Ermənistanda 2 milyonluq əhalinin müəyyən hissəsi Rusiyaya üz tutub. İnformasiyalara əsasən, Rusiyada yaşayan ermənilər təkcə bu il ölkələrinə 3 milyard 600 milyon dollar göndəriblər.

Ermənistan hələ də Rusiyadan dünya bazarında olduğundan daha aşağı qiymətə neft, qaz, elektrik enerjisi alır. Bütün bunların fonunda Rusiyanın Ermənistanda hərbi bazasının olduğu xüsusi vurğulanmalıdır. Bəli, Rusiya-Ermənistan münasibətləri normallaşa bilər. Ancaq ortada fərqli reallıqlar var.

Ermənistan faktik olaraq, Rusiyanın “orbit”indən çıxmağa cəhd göstərir. Qərb ölkələri, xüsusilə, Fransa çalışır ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın. Lakin Ermənistanla Rusiyanın münasibətləri normallaşsa belə, bunun Azərbaycana heç bir təsiri olmayacaq. Yəni bu amil Rusiyanın indi yürütdüyü siyasəti dəyişdirməyəcək”.

Səxavət Məmməd

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv