!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ermənistan yaxınlaşmasının PƏRDƏARXASI: “Siyasi şantajların qorxusundan...” - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın siyasi şantajlarının qorxusundan Ermənistan geri addım atıb”.

Bu fikri Pentaqonun “Defender 23” təlimlərdən Ermənistanın çıxarılmasının, bunun ölkələrarası münasibətlərə mümkün təsirini şərh edərkən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərb-Ermənistan münasibətləri pisləşir, İrəvan yenidən Rusiya ilə yaxınlaşır:

“Ermənistanın sorosçu Baş naziri Nikol Paşinyan Rusiyaya və prezidentinə nifrət bəslədiyi üçün iki ölkə arasında vəziyyət gərgin həddə çatıb. Nikol Paşinyanın həm Qərb, həm də Rusiya ilə ikili oyun oynaması münasibətləri korlayıb. Lakin Ermənistan-Rusiya yaxınlaşması heç bir zaman bitməyib.

Rusiya Ermənistana çox ciddi təzyiq göstərir.Ermənistan da Rusiyanın siyasi şantajlarının qorxusundan geri addım atıb. Ermənistan iqtisadiyyatının hələ də əsas amillərindən biri Rusiyadır. Ermənistan ərazisinin əsas təhlükəsizlik məsələlərini də Rusiya həll edir. Yəni bir sözlə, Rusiya-Ermənistan yaxınlaşması hər zaman mövcud olub”.

Nəsimi Ələsgərli

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv