!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq etməyə BAŞLADI

!Reklam – Yazi

Rusiya tərəfi Ermənistana qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“İki həftədir ki, 60-a yaxın yük maşını Larsda saxlanılıb, onların sərhədi keçməsinə mane olurlar. Yük maşınlarında Ermənistandan Rusiyaya ixrac edilən, müxtəlif şirkətlərə məxsus konyak var.

Əldə etdiyimiz məlumata görə, onların arasında Qaqik Tsarukyana məxsus “Noy” konyak zavodunun və fransızlara məxsus “Vedi Alco” konyak zavodunun konyak partiyası da var.

Rəsmi əsaslandırma ondan ibarətdir ki, konyaklar guya orijinal və ya saxta olduğunu öyrənmək üçün müayinədən keçməlidir. Ancaq belə bir fikir var ki, bununla da Rusiya tərəfi Ermənistana qarşı elan olunmamış sanksiyalar tətbiq etməyə başlayıb”, – məlumatda deyilir.

Ermənistan nümayəndəsi Vaan Akopyan xəbəri təsdiqləyib:

“Əslində konyaklara nəzarət təxminən mart-aprel aylarında qurulub və o vaxtdan Rusiya gömrük xidməti tərəfindən ciddi nəzarət həyata keçirilir. Bir neçə gün əvvəl nəzarət gücləndirilib.

Əgər o zaman gömrük xidmətinin risklərin idarə edilməsi sistemi konkret təsərrüfatları seçib nəzarəti həyata keçirirdisə, indi sistem bütün erməni konyaklarını seçir. Hazırda 60-a yaxın yük maşınımız nəzarət altındadır”.

Xuraman Etibarlı

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv