!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ermənistana silah verməyəcək

!Reklam – Yazi

“Rusiya Ermənistan üçün nəzərdə tutduğu silahları bu dövlətə verməyəcək. Həmin silahların Ukraynada istifadəsi nəzərdə tutulur”. 

 

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.

Qeyd olunub ki, Rusiya əvvəllər silah satdığı ölkələrdən, o cümlədən Misir, Braziliya və Belarusdan həmin texnikaları geri almağa çalışır: “Misir Mi-8 və Mi-17 helikopterlərinin mühərriklərini Rusiyaya qaytarmağa razılaşıb. Bunun əvəzində Rusiyanın Misirə buğda tədarük etməsi gözlənilir. Bu ilin dekabrında həmin mühərriklərin Rusiyaya qaytarılması planlaşdırılır”.

Həmçinin, bildirilib ki, Rusiya Pakistandan ən azı 4 Mi-35M helikopter mühərrikini və Braziliyadan istismardan çıxarılan 12 Mi-35M mühərrikini geri almağı xahiş edib: “Belarus isə 6 Mi-26 helikopter mühərrikini Rusiyaya geri qaytarmağa razılıq verib”.

Qeyd edək ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu dünən, noyabrın 8-də Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ləğv oluna biləcəyi iddiası ilə çıxış etmişdi. Qeyd olunmuşdu ki, bu, ABŞ ilə Ermənistan arasında münasibətlərin inkişafı ilə bağlıdır.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv