Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Rusiya Ermənistana verdiyi “silah krediti”ni bir müddət sonra hesabdan silir” – Politoloq

Reklam: High Technic

“Moskva bu siyasətini davam etdirməklə, münaqişə tərəfləri üzərində təsir imkanlarını saxlamağa çalışır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın Rusiyadan 100 milyon dollar həcmində növbəti silah krediti almaq üçün müzakirələr aparmasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın Ermənistana verdiyi silahlar “kreditlə satış” kimi rəsmiləşdirilsə də, əslində, həmin silah-sursat işğalçı ölkəyə bağışlanır:
“Ermənistanın Rusiyadan növbəti dəfə silah krediti almaq üçün danışıqlar aparması artıq heç kimi təəccübləndirmir. Çünki hər kəsə məlumdur ki, Ermənistanı dəstəkləyən, ona hərtərəfli yardım göstərən Rusiya işğalçı ölkənin silah təminatını sanki öz üzərinə götürüb.

Xatırlayırsınızsa, Boris Yeltsin dönəmində Rusiyanın Ermənistana 1 milyard dollar dəyərində silah və texnika bağışlaması böyük qalmaqala səbəb olmuşdu. Ancaq daha sonra Rusiyanın Gürcüstandan çıxarılan hərbi kontingentinə məxsus 750 milyon dollarlıq silah-sursat da əvəzsiz olaraq, Ermənistana verildi.

Son illərdə isə Rusiyanın Ermənistana silah verməsini “kredit” kimi rəsmiləşdirməyə başlayıblar. Ermənistan iddia edirdi ki, “İsgəndər” raket komplekslərini Rusiyanın verdiyi 200 milyon dollar məbləğində kreditlə alıblar. Ancaq “İsgəndər” raket komplekslərinin bir divizionunun qiyməti 1550 milyon dollardan bahadır.

Bu fakt da təsdiqləyir ki, Ermənistan Rusiyadan aldığı silahlar üçün pul ödəməyib. İndi isə guya tərəflər arasında 100 milyon dollar dəyərində kredit müzakirələri aparılır. Bütün bunlar formallıqdan başqa bir şey deyil. Rusiyanın Ermənistana verdiyi silahlar “kreditlə satış” kimi rəsmiləşdirilsə də, əslində, həmin silah-sursat işğalçı ölkəyə hədiyyə olunur.

Rusiya Ermənistanı silahla təmin edərək, Qarabağ münaqişəsinin həll edilməmiş vəziyyətdə qalmasına, o cümlədən bundan istifadə edərək Azərbaycan və Ermənistan üzərində təsir imkanlarını saxlamağa çalışır. Rusiyanın bu siyasətinin başqa adı yoxdur”.

Qeyd edək ki, Ermənistanın Rusiyadan 100 milyon dollar həcmində “silah krediti” alması üçün müzakirələr aparıldığını jurnalistlərə işğalçı ölkənin müdafiə naziri David Tonoyan açıqlayıb.

A.Zeynalov

www.yenicag.az

1486
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS