!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya Ermənistanda yenidən "Qarabağ klanı"nı hakimiyyətə gətirməklə bağlı işlər görə bilər" - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Ermənistandan daha çox Qarabağdakı proseslərlə bağlı açıqlama verməsi Azərbaycanı həzm edə bilməməsindən irəli gəlir”.

Bunu Qarabağda baş verən proseslər, Rusiyanın ortaya qoyduğu mövqe və mətbuatda yayılan yalan informasiyaları şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, mətbuatda saxta məlumatların yayılması ictimaiyyətdə çaşqınlıq yaradır:

“Bəzi hərbi ekspertlər ağla sığmayan açıqlamalar verirlər, sosial şəbəkədə haranısa alırlar. Bunlar düzgün olmamaqla yanaşı, Rusiya Müdafiə Nazirliyinin də işinə yarayır. Ruslar bununla bağlı təkzib verir, araşdıran zaman görürük ki, həqiqətən də, yalandır.

Azərbaycanın bəzi mövqelərdə irəliləməsini, xüsusilə Fərrux dağından sonra Müdafiə Nazirliyinin ruslara tutarlı cavabını daxilən həzm edə bilmirlər. Ruslar canfəşanlıq etməyə başlayıb. Onlar az qala hər gün Azərbaycan ordusunun atəşkəsi pozması ilə bağlı məlumat yayırlar. Ruslar bu məsələdə bizim mətbuatı istifadə edirlər. Ona görə də tövsiyə edərdim ki, Qarabağda baş verənlərlə bağlı təmkinli olsunlar.

Paşinyanın sabah Moskvaya səfəri baş tutacaq. Səfər ərəfəsində Rusiya ermənilərə göstərmək istəyir ki, onların yanlarındadırlar. Baxmayaraq ki, Paşinyan Azərbaycanın xeyrinə olacaq çıxışlar edir.

Ermənistanda vəziyyətin gərginləşməsi Rusiyanın qurduğu bir oyundur. Dünən davamlı mitinqlərin keçirilməsi barədə çağırışlar oldu. Hətta meydanda çadırlar qurublar. Bunun hamısı Rusiyanın qurduğu oyundur. Ruslar çalışırlar ki, Paşinyanı hakimiyyədən devirsinlər. Paşinyan ruslara sərf etmir. Rusiya Ermənistanda yenidən “Qarabağ klanı”nı hakimiyyətə gətirməklə bağlı işlər də görə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

1434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv