!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya Ermənistanı məyus etdi, İrəvan yeni müttəfiqlər axtarır" - “Le Monde”

!Reklam – Yazi

“Rusiya Ermənistanı məyus edib və o, təhlükəsizliyi təmin etmək üçün yeni müttəfiqlər axtarır”.

Yenicag.az xəbər verir ki, bunu Fransanın “Le Monde” qəzeti yazıb. Nəşr bildirir ki, Rusiya Ermənistan üçün etibarlı tərəfdaş olmaqdan çıxıb.

Nəşrin müşahidəçilərinin fikrincə, bu qənaətə İrəvanda Azərbaycanın Qarabağdakı əməliyyatından sonra gəliblər.

“Ermənistan artıq “satqın”, hətta yeni düşmən hesab edilən tarixi müttəfiqinə arxalana bilmir və öz təhlükəsizliyini təmin etmək üçün yeni əməkdaşlıqlar axtarır. Ehtiyac daha böyükdür. Çünki dənizə çıxışı olmayan bu kiçik Qafqaz ölkəsi Azərbaycanı onun Naxçıvan eksklavı ilə birləşdirəcək Zəngəzur dəhlizini əldə etmək istəyən Bakının yeni hücumu təhlükəsi altındadır”, – mətndə deyilir.

Qəzet qeyd edir ki, Ermənistan rəsmiləri anonim şəkildə İrəvanın Moskvadan həddindən artıq asılılığını, o cümlədən silah alışı məsələlərini səhv adlandırırlar.

Nəşr vurğulayır ki, Ermənistan hər hansı bir ölkədən asılı qalmamaq üçün onları silahla təmin edə biləcək beş-altı dost dövlətin və daha bir neçə iqtisadi tərəfdaşın olmasını zəruri hesab edir.

“İrəvan Rusiyadan tamamilə ayrılmaq deyil, onun həddindən artıq asılılığını azaltmaq niyyətindədir. Ermənistan hökumətindəki mənbə iddia edir ki, Moskva qeyri-dost münasibətinə baxmayaraq, tərəfdaş olaraq qalır”, – yazıda vurğulanır.

Xuraman Etibarlı

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv