!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ermənistanı "SINDIRIR": 70 yük maşını Larsdan geri qaytarıldı - FOTO

!Reklam – Yazi

Rusiya Ermənistanın 70 yük maşınını Larsdan geri qaytarıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan facebook səhifəsində yazıb.

“Mən indicə Ermənistanın Yuxarı Larsdakı gömrük attaşesi Vaan Akopyanla əlaqə saxladım. O bildirib ki, son məlumatlara görə, Larsdan 70 yük maşını qayıdır, yüzlərlə yük maşınının sürücüləri cavab gözləyir.

Öyrəndim ki, Rusiya tərəfi dəfələrlə erməni tərəfinə xəbərdarlıq edib. Bildirilib ki, bir sıra çatışmazlıqlar və uyğunsuzluqlar var, onları təcili aradan qaldırmaq lazımdır. Xüsusilə bitkiçilik məhsullarının tədarükü zamanı qanun pozuntuları müəyyən edilib. Onların fikrincə, Ermənistan tərəfi nöqsanların aradan qaldırılmasında ardıcıl olmayıb. Nəticədə belə vəziyyət yaranıb.

Qida Təhlükəsizliyi Müfəttişliyi İdarəsi, Ermənistan İqtisadiyyat Nazirliyi və Rosselxoznadzor arasında danışıqlar indicə yekunlaşıb. Mən Qida Təhlükəsizliyi Müfəttişliyi İdarəsinin rəhbəri ilə əlaqə saxladım və danışıqlar nəticəsində nə qərar verildiyini öyrənməyə çalışdım.

Bir sözlə, müzakirələr nəticə verməyib və təəssüf ki, müsbət dəyişiklikləri bəyan edə bilmərik. Rusiya tərəfi pozuntuların aradan qaldırılmadığını israr etməkdə davam edir. Ermənistan tərəfi isə problemin başqa sahədə olduğuna eyham vurur.

Ermənistan tərəfi bütün vasitələrdən istifadə edərək problemi həll etməlidir. Səlahiyyətli orqanların hərəkətsizliyi nəticəsində təsərrüfat subyektlərinin nümayəndələri minlərlə dollar zərər görməməlidir”, – Danielyan qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv