!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ermənistanın üzərində TƏSİRİ: Paşinyan hökumətini devirəcək güc... - ŞƏRH

!Reklam – Yazi

“Rusiya atdığı addımları elə koordinasiya etməlidir ki, gələcəkdə Ermənistanı tamamilə itirməsin”.

Bunu erməni siyasi ekspert Tatevik Ayrapetyanın “Paşinyanın Rusiyaya qarşı atdığı addımları Ermənistanın itirilməsi ilə nəticələnə bilər” sözlərinə münasibətini bildirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiyanın Ermənistanı cəzalandırması ehtimalı ilə bağlı fərqli yanaşmalar mövcuddur:

“Paşinyanın aldığı əsas təlimatlar Qərb üzərindən olduğu üçün görünür ki, təminat veriblər. Qərbin təminatı əsasında Paşinyan belə addımlar ata bilir. Ermənistanın Rusiyanın orbitindən tam çıxacağını demək olmaz. Rusiya təsiri hələ də Ermənistanın üzərində olduğu üçün müəyyən cəza tədbirləri həyata keçirə bilər. Ermənistan-Azərbaycan sərhədində müəyyən təxribatların törədilməsi, Qarabağ bölgəsində separatçıların təxribatları, yaxud Ermənistan daxilində yeni mitinqlərin formalaşdırılması ola bilər.

Ermənistanda çevriliş edilib dövlətin itirilməsi inandırıcı görünmür. Rusiya Ermənistanla siyasi məsələlərdə müəyyən qədər ehtiyatlı addım atır. Rusiya atdığı addımları elə koordinasiya etməlidir ki, gələcəkdə Ermənistanı tamamilə itirməsin. Rusiyanın 102-ci palatasının 2047-ci ilə qədər Ermənistanda qalacağını da nəzərə almaq lazımdır.

Rusiya Ermənistan iqtisadiyyatının təqribən 60-70 faizinə nəzarət edir. Bu Rusiyanın təsir imkanlarının Ermənistanda kifayət qədər böyük olduğunun göstəricisidir. Paralel olaraq qeyd etmək lazımdır ki, Rusiyanın atdığı addımlar Paşinyan hökumətini devirəcək qədər güclü deyil. Lakin müəyyən qədər Rusiya Ermənistana qaşı təzyiq elementlərini işə sala bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv