!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Estoniya səfirinin ölkəni tərk etməsini istədi

!Reklam – Yazi

Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Moskvadakı səfirindən ölkəni tərk etməsini istəyib.

Yenicag.az xəbər verir ki,  bu  barədə TASS məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyi bu ölkənin hakimiyyətinin Rusiya Federasiyasına münasibətdə qeyri-dost hərəkətləri ilə əlaqədar Estoniya ilə diplomatik münasibətlərin səviyyəsinin azaldığını açıqlayıb. Bununla əlaqədar olaraq, respublikanın səfiri Marqus Laidre yanvarın 23-də Moskvadakı Xarici İşlər Nazirliyinin binasına çağırılıb.

Estoniya səfirinə 2023-cü il fevralın 7-dək Rusiyanı tərk etmək əmri verilib.

Bundan əvvəl Rusiyanın Estoniyadakı səfirliyi “Estoniya hakimiyyətinin düşmənçilik hərəkətləri” ilə əlaqədar öz işini yenidən təşkil etmək məcburiyyətində qaldığını bildirmişdi.

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv