!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya HƏMAS-ı bütün əsirləri dərhal azad etməyə ÇAĞIRDI

!Reklam – Yazi

Rusiya HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Peskov jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Rusiya HƏMAS-a silahlı təşkilatın oktyabrın 7-də İsrailin cənubuna hücumu nəticəsində əsir düşənlərin hamısını dərhal azad etməyə çağırış edib.

Peskovun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət sadəcə olaraq gərgin deyil – orada real müharibə gedir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl İsrail və Fələstini qan tökülməsini dayandırmağa çağırıb və münaqişənin yalnız siyasi və diplomatik yolla həll oluna biləcəyini vurğulayıb. Xüsusilə, Moskva israr edir ki, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır.

Xuraman Etibarlı

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv