!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya həmişə Ermənistanı müdafiə edib, Qərb isə onu bizdən qorumağa çalışır” - Zaxarova

!Reklam – Yazi

 

Rusiya Federasiyası Ermənistanın köməyinə dəfələrlə gəlib.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, Rusiya həmişə Ermənistanı müdafiə edib, Qərb isə İrəvanı Rusiyadan qorumağa qərar verib.

“Rusiya Federasiyasının Ermənistanla münasibətlərdə niyyətinin səmimiliyinə şübhə ilə yanaşan İrəvana tarixi cavab var. Rusiya dəfələrlə Ermənistanın köməyinə gəlib”, – XİN nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, bu, Moskvanın İrəvanla münasibətlərdə keçdiyi “şəffaflıq sınağıdır”.

“Mən, həqiqətən də, informasiya texnologiyaları vasitəsilə və aqressiv ritorika ilə Ermənistan xalqına anti-Rusiya gündəminin qoyulmasını istəmirəm.
Biz həmişə orada olacağıq, həmişə Ermənistana kömək edəcəyik”, – Zaxarova qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv