!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya hərbçiləri şərait yaratmasalar, biz o ərazilərə zorla girməyə hazır olmalıyıq” – MÖVQE

!Reklam – Yazi

“Aksiyanın iştirakçıları öz tələblərində qəti şəkildə dayanaraq ərazini tərk etməməklə əsl fədakarlıq nümunəsi göstərirlər”.

Bu fikirləri azərbaycanlı ictimai fəalların Şuşa-Xankəndi yolunda təşkil etdikləri fasiləsiz aksiyanın mümkün nəticələrini dəyərləndirən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ictimai təmsilçilər ekoloji vəziyyətin monitorinqi üçün müəyyən edilmiş ərazilərə zorla girməyə də hazır olmalıdırlar:

“İlk olaraq onu qeyd etmək istərdim ki, ictimai fəalların və media təmsilçilərinin ermənilərin Qarabağda törətdikləri ekoloji cinayətlərə etiraz məqsədilə təşkil etdikləri aksiya yüksək qiymətləndirilməlidir. Aksiyanın iştirakçıları öz tələblərində qəti şəkildə dayanaraq ərazini tərk etməməklə əsl fədakarlıq nümunəsi göstərirlər.

Əlbəttə, istənilən addımın, həmçinin belə aksiyaların hədəfi olur. Bu aksiyanın da məqsədi sülhməramlı adlandırılan Rusiya hərbi kontingentinin Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələrinə Qarabağda monitorinq aparmalarına şərait yaratmalarına nail olmaqdır.

Amma məlum olduğu qədər, Rusiya hərbçiləri aksiya iştirakçılarına mane olmağa çalışıblar, onlara təzyiq göstəriblər, kontingentin komandanı isə əraziyə gəlməkdən yayınır. Belə olduqda daha qətiyyətli addımların atılmasına ehtiyac yaranır. Açığı, biz partiya olaraq aksiyaya qoşulmaq istəsək də, bu, məqsədəuyğun sayılmadı.

Lakin vəziyyət belə davam edə bilməz. Rusiya hərbçiləri şərait yaratmasalar, biz o ərazilərə zorla girməyə hazır olmalıyıq. Qarabağ Azadlıq Təşkilatının varisi olan Azad Vətən Partiyası bütün riskləri gözə alaraq, bu missiyanı yerinə yetirməyə hazırdır”.

A.Zeynalov

www.yenicag.az

1688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv