!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya hərbçiləri ukraynalı qadın jurnalisti qaçırdılar - Mundirli qanqsterlər

!Reklam – Yazi

Ukraynanın Zaporojye vilayətində qadın jurnalist Rusiya hərbçiləri tərəfindən oğurlanıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukraynanın Zaporojye vilayətinin Rozovka qəsəbəsini işğal edən Rusiya hərbçiləri jurnalist İrina Dubçenkonu qaçırıblar.

Bu barədə məlumatı jurnalistin bacısı Aleksandra Dubçenko paylaşıb.

Onun sözlərinə görə, Ukraynanın nüfuzlu “UNİAN” İnformasiya Agentliyinin əməkdaşı olan İrina Dubçenko “istintaq hərəkətləri”nin aparılması üçün Donetskə göndərilib.

Aleksandra bildirib ki, Rusiya hərbçiləri İrinanı Ukrayna əsgərlərinə dəstək verməkdə və onları gizlətməkdə ittiham edib.

Qeyd olunur ki, İrina Dubçenko sonuncu dəfə martın 26-da redaksiya ilə əlaqə saxlayıb. O, yaşlı nənəsinə kömək etmək üçün Rozovkaya gedibmiş. Buna qədər isə azyaşlı övladını Zaporojyedə yaşayan valideynlərinin yanına göndərməyə imkan tapıb.

Adıçəkilən qəsəbədə yaşayan regional jurnalist Yakov Noskov isə İrinanı yerli xainlərin ələ verdiyini bildirib.

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv