!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya hərbi bazasının Qarabağa gətirilməsi mümkün deyil" - Hərbi ekspert

!Reklam – Yazi

“Nəinki Rusiyanın hərbi bazası Qarabağa gətirilə bilər, hətta Rusiya qüvvələrinin Qarabağdan çıxarılması üçün Azərbaycan rəhbərliyi çox böyük çabalar göstərir”.

Bu sözləri Ermənistanın Kollektiv Təhlükəslzik Müqaviləsi Təşkilatından (KTMT) çıxma ehtimalı və Rusiyanın 102-ci bazasının gələcək taleyini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxması ehtimalı azdır:

“Batan gəmidən birinci siçanlar qaçan kimi indi də ermənilər Rusiyanı batan gəmi gözündə görüb qaçmaq istəyirlər. Düşünürəm ki, dünya müharibələrində də, kataklizmlərdə də, ötən əsrin əvvəlində də, sonunda da Rusiya tamamilə dağılmaqdan qurtulub. Rusiyanın dağılmasını dünya gücləri istəmir. Necə ki İranın dağılmasını istəmirlər. Çünki bu, müvazinətdir. Rusiyanın Ukraynada məğlubiyyəti olacaqsa da, bu, Rusiyanın tam dağılması ilə nəticələnməyəcək. Bunu gözləmirəm. Bu bilavasitə Rusiyanın dağılması Qərbin Çinlə üz-üzə qalması deməkdir.

Ermənilər indidən bu məsələni qabartmaqla artıq Rusiyanı özlərinə qarşı loyallaşdıra biliblər. Çünki son vaxtlar Rusiyanın Ermənistana münasibəti dəyişmişdi. Düşünürəm ki, bu, növbəti erməni oyunudur və Rusiyanı özlərinə qarşı yumuşaq mövqeyə gətirmək, ondan bəhrələnmək istəyirlər. Hesab edirəm ki, buna da nail olacaqlar. Ona görə də Rusiyanın hərbi bazasının Ermənistandan çıxacağını düşünmürəm. Rusiya Ermənistanda sərhəd xidmətini yerinə yetirir. Ermənistandakı, demək olar, bütün müəssisələr Rusiyanın əlindədir. Rusiya bunu asanlıqla əlindən buraxıb gedən deyil”.

Rusiyanın 102-ci bazasının Ermənistandan çıxacağı təqdirdə, kontingentin Qarabağa yerləşdiriləcəyi iddialarına gəldikdə, hərbi ekspert bunları deyib:

“Bu, mümkün olan bir şey deyil. Hətta Rusiya qüvvələrinin Qarabağdan çıxarılması üçün Azərbaycan rəhbərliyi çox böyük çabalar göstərir. Sadəcə vəziyyət çətindir. Son sərhəd toqquşmasından sonra vəziyyətin necə dəyişdiyinin şahidiyik. Beynəlxalq qurumlar Azərbaycana qarşı pusquda yatmışdı. Artıq hücuma keçiblər. Ermənistan da bundan məharətlə istifadə edə bilir. Düşünürəm ki, Rusiya hərbi bazasının Qarabağa gətirilməsi mümkün deyil, çünki Türkiyə ərazidə möhkəmlənir. Dəyişilməz və sadiq müttəfiqlik Ermənistanla Rusiya arasında davam edəcək. Sadəcə ABŞ və Qərb istəyir ki, Rusiyanı regiondan uzaqlaşdırmağa nail olsun. Rusiyanın uzaqlaşdırılması ilə ora nə İran, nə NATO qüvvələri gəlib yerləşəcək. Rusiyanın ordan çıxması ilə Türkiyənin təsir gücü çoxalacaq. Bu, Qərbə də, İrana da sərf etmir”.

Səxavət Məmməd

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv