!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya hərbi kontingentinin mövcudluğuna baxmayaraq, Qarabağda vəziyyət kəskinləşirsə...” - Araz Əlizadə

!Reklam – Yazi

“Ermənilərin bu təxribatları ona aparır ki, biz onları yerindəcə susduracağıq”.

Bu fikirləri son günlərdə ermənilərin Qarabağda hərbi təxribatlarının artmasının mümkün nəticələri haqda danışan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Onun fikrincə, ermənilərin bu təxribatları Qarabağdakı Rusiya hərbi kontingentiin fəaliyyətini sıfra endirir:

“Ermənilərin hərbi təxribatları, bu gedişat ona aparır ki, biz onları yerindəcə susduracağıq. Onlara yenə başa salacağıq ki, qaldıra bilməyəcəkləri yükün altına girirlər.

O təxribatların Rusiya ilə bağlılığına gəldikdə, onsuz da Rusiyanı oradan çıxaran yoxdur. Bu hadisələr erməni millətçilərinin işləridir. Belə hadisələr Rusiyaya xeyir eləmir.

Bu onu göstərir ki, Rusiya hərbi kontingentinin mövcudluğuna baxmayaraq, Qarabağda vəziyyət kəskinləşirsə, deməli, orada Rusiyanın rolu sıfra enir. Bu isə onun marağına uyğun deyil”.

A.Zeynalov

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv