!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya hücumlarının uğursuz olduğunu başa düşüb” – Britaniya kəşfiyyatı

!Reklam – Yazi

“Rusiya hücumlarının uğursuz olduğunu başa düşüb”.

Yenicag.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya 2014-cü ildən bəri Ukraynanı idarə etməyə çalışır: “Rusiya 2014-2021-ci illər ərzində bu məqsədini Donbasdakı elan edilməmiş müharibə və Krımın ilhaqı ilə başladıb. 2022-ci il fevralın 24-dən isə bu istiqamətdə yeni yanaşma ortaya qoyulub və Rusiya bütün Ukrayna ərazisini ələ keçirməyə qərar verib. Bunun üçün tammiqyaslı işğal müharibəsi başladılıb”.

Məlumatda bildirilib ki, Rusiya 2022-ci ilin aprel ayına qədər hücumlarının uğursuz olduğunu anlayıb.

Həmçinin vurğulanıb ki, Rusiya indi daha çox Ukraynanın hərbi qüvvələrini zəiflətmək istəyir və yeni ərazilərin ələ keçirilməsi daha prioritet deyil.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə keçən il fevralın 24-də başlayıb. Bu gün iki ölkə arasındakı müharibənin başlamasından bir il ötür.

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv