!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə ABŞ-nin vasitəçilik YARIŞI: "Danışıqlarda əldə olunan müsbət addımların praktikada..."

!Reklam – Yazi

“Azərbaycanın beynəlxalq miqyasda vacib ölkələrdən biri olması danışıqlar prosesinə təsir edəcək. Ermənistan müəyyən şeylərə vadar oluna bilər”.

Bunu ABŞ-nin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan xarici siyasət rəhbərlərinin görüşlərinin nəticəliliyi haqqında danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ Cənubi Qafqazdakı aktivliyini artırmaq niyyətindədir:

“ABŞ 44 günlük müharibəyə qədər Cənubi Qafqazda müşahidəçi mövqeyində dayanırdı. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ABŞ Cənubi Qafqaz maraqlarını sanki arxa plana keçirmişdi. Lakin yaradılan bu görüntünün heç də doğru olmadığı üzə çıxdı. ABŞ hər zaman, ən kritik anlarda belə tərəfləri öz ətrafında birləşdirməyə çalışıb.

Hazırda Cənubi Qafqazda dominantlıq uğrunda Rusiya-Qərb mübarizəsi gedir. Rusiyanın dominantlığı ələ keçirməsini istəməyən Qərb Ermənistana təzyiqi artırıb. Yəni Qərb Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini tezləşdirmək, İran və Rusiya isə prosesləri uzatmaq üçün çalışır.

Ermənistanda hazırkı hakimiyyətin ABŞ-dən asılı olduğunu nəzərə almaq lazımdır. Yəni ABŞ Ermənistan-Azərbaycan arasında sülh yolunda müsbət addımlar atılmasına vəsilə ola bilər. Çünki Azərbaycan ABŞ və Qərb üçün əvəzolunmaz tərəfdaşdır.

Azərbaycanın beynəlxalq miqyasda vacib ölkələrdən biri olması danışıqlar prosesinə təsir edəcək. Ermənistan müəyyən şeylərə vadar oluna bilər. Lakin danışıqlarda əldə olunan müsbət addımların praktikada tətbiq olunması sual altındadır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv