!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə Ermənistan arasındakı SÜRTÜŞMƏ: Moskva Paşinyanı oyundan kənarlaşdırır?

!Reklam – Yazi

“Ermənistanın siyasətçiləri üçün özlərini necə bir xalq olduğu anlaşıyı çoxdan bəlli idi”.

Bunu Ermənistanın keçmiş baş nazir Qrant Baqratyanın “Rusiya bizə kömək etməyəcək, çünki ermənilər yaxşılıq qanmayan xalqdır” sözlərinə münasibət bildirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Rusiyaya daha çox bağlı olan siyasətçi kimi tanınır:

“Ümumiyyətlə, siyasi hakimiyyətdə olduğu dövrdə də Ermənistanın tamamilə Rusiyaya peşkəş edilməsi prosesi baş verirdi. Hazırda Ermənistanın siyasi kuluarında Rusiyaya yaranmaq cəhdləri özünü göstərir. Özəlliklə Robert Köçəryanın Rusiyanın gözləntilərini doğrultmaması fonunda Baqratyan və digər siyasətçilər ortaya düşərək vəziyyətin daha da dikləşməsinə, eyni zamanda Ermənistanın tamami ilə Rusiyadan asılılığına nail olmağa çalışırlar. Həmçinin Baqratyan Rusiyada diqqət oyatmaq və növbəti dəfə Ermənistanda Kremlin dəstəkləyəcəyi siyasi hərəkatlanmalarda Rusiyanın kadrı kimi ortaya çıxmağa çalışır. O baxımdan Ermənistanın siyasətçiləri üçün özlərinin necə bir xalq olduğu anlayışı çoxdan bəlli idi. Uzun illərdir erməni siyasətçiləri özləri xalqın düşdüyü bu rəzil duruma görə günahkar olduqlarını yaxşı başa düşür.

Yaxın perspektivdə Ermənistan hakimiyyəti ilə Rusiya arasındakı ikitirəlik daha çox davam edəcək. Nətiəcədə Paşinyanla rəsmi Moskva arasında iplər daha da çox qopacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv